1
00:00:12,300 --> 00:00:18,200
Əlbəttə ki ilk növbədə dişi çəkən həkimin 
təlimatlarına qəti sürətdə əməl etmək lazımdır.

2
00:00:18,500 --> 00:00:24,400
Çünki çəkilən dişin vəziyyətini, çəkim zamanı 
olan problemləri, çənə sümüyünün vəziyyətini

3
00:00:24,600 --> 00:00:29,100
məhz o həkim bilir və buna uyğun təlimatlar 
verir.

4
00:00:30,100 --> 00:00:37,600
Çəkilən dişin yerinə yerləşdirilən steril 
tampon təxminən 20 dəqiqə sonra çıxarılmalıdır.

5
00:00:37,700 --> 00:00:42,500
Az qalmamalıdır ki, qanamanın durması üçün 
kifayyət qədər vaxt keçsin.

6
00:00:42,600 --> 00:00:51,500
Çox da qalmamalıdır ki, yaraya yapışmasın 
və təkrar qanamaya səbəb olmasın.

7
00:00:51,600 --> 00:00:55,700
Çıxarılan tampon yenisi ilə əvəz olunmamalıdır.

8
00:00:56,000 --> 00:01:00,800
Mümkündürsə yara açıq, amma təmiz şəkildə 
qalmalıdır.

9
00:01:01,900 --> 00:01:09,700
Yaranın üstünə hər hansı bir dərman və ya 
dezinfeksiya edici məhlul qoyulmamalıdır.

10
00:01:10,600 --> 00:01:16,300
Ağız su və ya hər hansı bir məhlul ilə yaxalanmamalıdır.

11
00:01:16,400 --> 00:01:24,100
Bu yaranın üstündə əmələ gələn qan laxtasını 
yaradan qopardacaq və ya laxtanı əridəcək.

12
00:01:24,200 --> 00:01:27,100
Beləcə yara səthi açıq qalacaq.

13
00:01:27,900 --> 00:01:34,200
Bu da ya yenidən qanaxmaya və ya yaranın 
infeksiyaya məruz qalmasına səbəb olacaq.

14
00:02:07,500 --> 00:02:15,400
Anesteziya keçənə qədər (yanı təxminən 2 
saat ərzində) yemək yemək məsləhət deyil.

15
00:02:15,500 --> 00:02:20,300
Bunun üçün də pasiyentə çəkimdən əvvəl yemək 
yemək məsləhət görürük.

16
00:02:20,600 --> 00:02:26,300
Amma pasiyent özünü zəyif hiss edirsə, şirin 
qıda qəbul etmək olar.

17
00:02:26,700 --> 00:02:39,900
Pasiyent su içmək istədiyində bunu etmək 
olar, amma ağızı yaxalamadan, suyu yaraya 
mümkün olduğu qədər toxundurmadan etmək lazımdır.

18
00:02:40,000 --> 00:02:48,500
Diş çəkildiyi gün ərzində isti və ya soyuq 
qida və içkilər qəbul etmək məsləhət deyil, 
ilıq məhsullar tərcih edilməlidir.

19
00:02:49,300 --> 00:02:56,000
Bundan başqa, qıcıqlandırıcı (misal üçün 
duzlu, qazlı, baharatlı v.s.) qidalar qəbul 
edilməməlidir.

20
00:02:57,200 --> 00:03:05,400
Ən azı 24 saat ərzində siqaret çəkmək və 
alkogollu içkilər qəbul etmək məsləhət deyil, 
olmaz.

21
00:03:06,300 --> 00:03:10,300
Bu qanaxmaya səbəb olar çünki.

22
00:03:10,400 --> 00:03:13,600
Diş çəkildiyi gün ərzində dişlər fırçalanmamalıdır.

23
00:03:13,700 --> 00:03:24,700
Amma daha sonrakı günlərdə dişlər mütləq 
fırçalanmalıdır və ağız boşluğu mütləq mümkün 
olduğu qədər təmiz saxlanılmalıdır.

24
00:03:25,600 --> 00:03:31,300
Diş çəkildikdən sonra əmələ gələn yaraya 
əl ilə, dil ilə toxunulmamalıdır.

25
00:03:31,400 --> 00:03:37,000
Tez-tez tüfürülməməlidir, yara yeri sovurulmamalıdır, 
qətiyyən əmilməməlidir.

26
00:03:37,100 --> 00:03:41,900
Bu ciddi qanaxmalara və infeksiyaya səbəb 
ola bilər.

27
00:03:42,000 --> 00:03:48,900
Çəkimdən bir neçə saat sonra (təxminən 4-6 
saat ərzində) cüzi qanama ola bilər.

28
00:03:49,000 --> 00:03:57,600
Əğər qanama davamlı və şiddətlidirsə, mütləq 
təcili dişi çəkən həkimə müraciət etmək lazımdır.

29
00:03:57,700 --> 00:04:05,200
Pasiyentin öz başına hər hansı bir tədbir 
görməsi olmaz, çünki bu fəsadlara yol aça 
bilər.

30
00:04:05,600 --> 00:04:10,100
Anesteziya təsiri keçəndən sonra ağrı olması 
 normaldır.

31
00:04:10,400 --> 00:04:15,600
Adətən 6-10 saat davam edən bu ağrı şiddətli 
olmur.

32
00:04:15,700 --> 00:04:20,500
2-3 gün ərzində zəyif ağrı ola bilər.

33
00:04:20,600 --> 00:04:28,700
Əğər 2 gündən sonra ağrı davamlı və şiddətli 
olaraq qalırsa, dişi çəkən həkimə müraciət 
etmək lazımdır.

34
00:04:29,400 --> 00:04:34,400
Həkim tərəfində təyin olunmayıbsa, hər hansı 
dərman qəbul etmək olmaz.

35
00:04:34,500 --> 00:04:42,100
Analgin, aspirin kimi dərmanlar ciddi qanaxmalara 
səbəb ola biləcəyi üçün gətiyyən qəbul edilməməlidirlər.

36
00:04:43,000 --> 00:04:53,700
Bəzi hallarda çəkimdən sonra antibiyotik 
qəbuluna da ehtiyyac ola bilər, amma bunu 
ancaq həkim təyinatı ilə etmək olar.

37
00:04:54,200 --> 00:05:03,100
Diş çəkildikdən sonra üzun bağlanması, xüsusiylə 
isti kompres edilməsi yol verilməzdir.

38
00:05:03,200 --> 00:05:10,200
Ümumiyyətlə isti duş, günəş altında qalma 
kimi hərarəti artıracaq hallardan qaçınılmalıdır.

39
00:05:10,900 --> 00:05:19,200
Diş çəkildikdən sonra bir neçə saat ərzində, 
mümkündürsə axşama qədər yatmaq, hətta uzanmaq 
olmaz.

40
00:05:19,600 --> 00:05:24,300
Bu həm hematom yaranmasına, həm də qanamaya 
səbəb ola bilər.

41
00:05:26,100 --> 00:05:36,000
Diş çəkildikdən sonra 1-2 gün ərzində idman 
etmək, ağırlıq qaldırmaq kimi təzhiqi artıracaq 
fəaliyyətdən qaçınılmalıdır.

42
00:05:36,600 --> 00:05:42,100
Qan təzhiqinin artması yaranın açılmasına, 
qanaxmaya səbəb ola bilər.

43
00:05:45,000 --> 00:05:57,800
Pasiyentlər bilməlidirlər ki, yaranın bağlanması 
7-10 gün ərzində olur, tam yaxşılaşma isə 
təxminən 4-6 həftə ərzində olur.

44
00:05:58,100 --> 00:06:08,300
Hər hansı bir fəsad əmələ gəldiyində (şişmə, 
qanaxma, keyləşmənin keçməməsi v.s.) gecikmədən 
həkimə müraciət etmək lazımdır.

45
00:06:08,600 --> 00:06:15,700
Pasiyentin vaxt itirməsi və ya öz başına 
tədbir olması ciddi fəsadlara yol aça bilər.

