1
00:00:13,900 --> 00:00:17,200
Bu dərsimizdə biz, alqoritmlərin nə olduğunu 
öyrənəcəyik.

2
00:00:17,700 --> 00:00:20,800
Gəlin, bunu sadə şəkildə anlamağa çalışaq.

3
00:00:21,400 --> 00:00:25,900
Bilirsinizmi, əslində biz, gündəlik həyatımızda 
alqoritmlərlə rastlaşırıq.

4
00:00:26,400 --> 00:00:27,400
Məsələn,

5
00:00:27,600 --> 00:00:28,900
Gəlin, sizə nümunə göstərim.

6
00:00:29,000 --> 00:00:31,800
Misal üçün, pizza düzəltmək istəyiriksə,

7
00:00:31,900 --> 00:00:35,000
Biz, ilk olaraq xəmiri yayırıq.

8
00:00:36,000 --> 00:00:38,300
Sonra, üzərinə inqridientlər tökürük.

9
00:00:38,700 --> 00:00:40,700
Və onu dərhal sobaya qoyuruq.

10
00:00:41,000 --> 00:00:45,200
Daha sonra, sobadan çıxardıb, həmin pizzanı 
kəsirik

11
00:00:45,500 --> 00:00:47,300
və ağız dadı ilə nuş edirik)

12
00:00:47,500 --> 00:00:50,300
Dediklərimizdən belə başa düşülür ki,

13
00:00:50,600 --> 00:00:52,200
Qarşıya qoyulmuş məqsədə çatmaq üçün,

14
00:00:52,300 --> 00:00:56,400
yerinə yetirilən sonlu sayda hərəkət ardıcıllığına

15
00:00:56,500 --> 00:00:57,600
Alqoritm deyilir.

16
00:00:58,100 --> 00:00:58,900
Narahat olmayın,

17
00:00:59,000 --> 00:01:00,900
Bunu əzbərləməyə ehtiyac yoxdur.

18
00:01:01,000 --> 00:01:03,800
Biz bu kursda daha çox praktiki məsələlər 
edəcəyik.

19
00:01:04,100 --> 00:01:05,200
Elə isə, başlayaq.

20
00:01:06,600 --> 00:01:09,400
Yəqin ki, hər biriniz kompüter oyunu oynamağı 
xoşlayırsınız.

21
00:01:09,800 --> 00:01:12,700
Mən isə sizə, Blockly oyununun qaydalarını 
izah edəcəm.

22
00:01:13,400 --> 00:01:15,700
Siz isə, bu oyunu oynayaraq alqoritmin nə 
olduğunu

23
00:01:15,800 --> 00:01:17,200
daha yaxşı anlayacaqsınız.

24
00:01:17,600 --> 00:01:20,400
Blockly oyununun qaydaları çox sadədir.

25
00:01:20,700 --> 00:01:24,500
Bu oyunda, bloklardan istifadə edərək,

26
00:01:24,900 --> 00:01:27,000
Elə bir alqoritm qurmalıyıq ki,

27
00:01:27,100 --> 00:01:29,900
adam yolun sonundakı şara çatsın.

28
00:01:30,800 --> 00:01:34,800
Hər bir blok, yazdığımız alqoritmin bir əməliyyatına 
uyğun gəlir.

29
00:01:35,600 --> 00:01:39,400
Oyunun birinci turunda, cəmi üç cür əməliyyat 
vardır.

30
00:01:39,800 --> 00:01:40,900
İrəliyə keçid,

31
00:01:41,700 --> 00:01:42,800
sola dönmək

32
00:01:43,100 --> 00:01:44,100
və sağa dönmək.

33
00:01:44,700 --> 00:01:47,900
İlk turda, adam irəliyə gedərək, şara çatmalıdır.

34
00:01:49,100 --> 00:01:53,100
Bunun üçün, irəliyə keçid əməliyyatından 
istifadə edəcəyik.

35
00:01:53,600 --> 00:01:57,100
İrəliyə keçid əmri bizə nümunə olaraq verilmişdir.

36
00:01:57,300 --> 00:02:01,100
Gəlin, proqramı icra edək və nəticəyə baxaq.

37
00:02:01,200 --> 00:02:02,600
Adam şara çata bilmədi.

38
00:02:03,100 --> 00:02:07,200
Gəlin, proqramı sıfırlayıb, yenidən diqqətlə 
baxıb, səhvimizi axtaraq.

39
00:02:08,100 --> 00:02:13,100
Diqqətlə baxsaq, görərik ki, adam şara çatmaq 
üçün iki addım irəliyə getməlidir.

40
00:02:14,100 --> 00:02:17,600
Ona görə də, ikinci əmri də, iş masasına 
gətirək.

41
00:02:19,400 --> 00:02:21,600
İndi, gəlin proqramı icra edərək

42
00:02:21,700 --> 00:02:24,800
oyunun gedişatını bir daha müşahidə edək.

43
00:02:24,900 --> 00:02:29,100
Beləliklə, oyundakı adam, iki addım irəliyə 
keçid edərək

44
00:02:29,200 --> 00:02:30,100
şarı tapır.

45
00:02:30,300 --> 00:02:31,900
Oyunun üçüncü turunda,

46
00:02:32,100 --> 00:02:34,600
biz yalnız iki blok istifadə edə bilərik.

47
00:02:35,000 --> 00:02:36,900
Yəni, əvvəlki turda olduğu kimi,

48
00:02:37,000 --> 00:02:41,300
çoxlu sayda irəliyə keçid əməliyyatından 
istifadə etmək olmaz

49
00:02:41,600 --> 00:02:45,200
və adamı şara doğru hərəkət etdirə bilməyəcəyik.

50
00:02:46,000 --> 00:02:48,400
Ona görə, dövr blokundan istifadə edək.

51
00:02:49,800 --> 00:02:51,800
Bu blok, şara çatana qədər

52
00:02:51,900 --> 00:02:55,600
daxilindəki əmri, təkrar olaraq icra edəcək.

53
00:02:55,900 --> 00:02:58,300
Gəlin, bu bloku iş masasına gətirək və

54
00:02:58,400 --> 00:03:02,800
irəliyə keçid əmrini dövr blokunun daxilinə 
yerləşdirək ki,

55
00:03:03,000 --> 00:03:06,400
şara çatana qədər, irəliyə keçid əmri təkrar 
olunsun.

56
00:03:06,600 --> 00:03:08,500
İndi, gəlin, proqramı icra edək

57
00:03:08,800 --> 00:03:09,900
və görək nə alınır.

58
00:03:15,900 --> 00:03:18,200
Bəli, insan gəldi, şara çatdı.

59
00:03:19,100 --> 00:03:21,800
Belə alqoritmlərə - dövri alqoritmlər deyilir.

60
00:03:22,200 --> 00:03:25,500
Növbəti turlarda, şərt blokundan istifadə 
edəcəyik.

61
00:03:26,000 --> 00:03:29,400
İndi isə, növbəti dərsə keçid edərək,

62
00:03:29,500 --> 00:03:32,700
Oyun bütün turlarınızı özünüz yoxlamağa cəhd 
edin.

63
00:03:32,800 --> 00:03:36,500
Bu oyunun sizin qiymət cədvəlinizə təsiri 
yoxdur.

64
00:03:36,700 --> 00:03:40,000
Ona görə, səhv etməkdən çəkinmədən, rahat 
oynayın.

65
00:03:40,200 --> 00:03:43,800
Bütün turların sona qədər keçilməsi vacib 
olmasa da,

66
00:03:44,000 --> 00:03:45,300
çalışın, bütü turları keçin

67
00:03:45,400 --> 00:03:48,400
və alqoritmin nə olduğunu daha yaxşı qavrayın.

